NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Tədris-metodiki toplanış və mülki müdafiə sahəsində sənədlərə baxış keçirilib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə, müəssisə və təşkilatlarda yaradılmış hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin, rəhbər, komandir-rəis heyətinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına hazırlıqlı olması, sülh və müharibə dövrlərində baş verən fövqəladə hallarda mühafizənin üsul və qaydalarının öyrədilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, nazirliyin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin əməkdaşları Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Fövqəladə hallar zamanı hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin rolu”mövzusunda tədris-metodiki toplanış və bu sahədə zəruri sənədlərə baxış keçirib. 

İlk öncə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək tədbirin əhəmiyyətini vurğulamışdır. 

Tədris-metodiki toplanışda Mülki müdаfiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin rəis müavini, mayor Məhəmməd Seyidov tədbirin mahiyyətini vurğulamış, Mülki müdаfiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin Mülki müdаfiə işinin təşkili şöbəsinin bаş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova “Hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, onların tərkibi, təchizatı, təyinatı və komandir-rəis heyətinin vəzifələri” mövzusunda, “Zəlzələ, zəlzələ zamanı davranış və fəaliyyət qaydaları” mövzusunda isə Mülki müdаfiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş zabiti, leytenant Zeynalova Aysel Ramazan qızı ətraflı məlumat vermişdir.

İnteraktiv formada keçirilən tədris-metodiki toplanış zamanı qeyd olunan bütün məsələlər nəzəri və praktiki cəhətdən izah olunmuş, suallar ətraflı şəkildə cavablandırılmışdır.

Nəşr edilib : 29.08.2025 17:37