NAXÇIVAN :

27 Aprel 2025, Bazar

"Teatr çələngi" layihəsi davam edir

...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında "Teatr çələngi" layihəsi çərçivəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı İlyas Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" komediyası nümayiş olunub.  Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb. 
Tamaşanın sonunda çıxış edən Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərov və Şərur Rayon Mədəniyyət Evinin müdiri İman Alırzayev tamaşaçılara təşəkkürlərini bildiriblər.
Layihə çərçivəsində növbəti çıxışlar da nəzərdə tutulub. 16 mayda Ordubad Rayon Xalq Teatrı, 30 mayda Babək Rayon Xalq Teatrı, 13 iyunda Şahbuz Rayon Xalq Teatrı, 27 iyunda isə Naxçıvan Şəhər Xalq Teatrı Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində öz tamaşalarını təqdim edəcəklər.

Nəşr edilib : 26.04.2025 19:46