Bakı Marafonu 2026” başlayır
10:05 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
“44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı Zəfəri davam etdirən şanlı Azərbaycan Ordusu 19-20 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Uğurla başlayan antiterror əməliyyatı 23 saatdan bir qədər çox çəkdi. Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və erməni separatçıları rəşadətli Azərbaycan Ordusunun gücü-qüdrəti qarşısında dayana bilməyərək ağ bayraq qaldırıb təslim oldular”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülkər Bayramova deyib.
Deputat qeyd edib ki, antiterror əməliyyatı xüsusi nəzərdə tutulmuş bir əməliyyat olduğuna görə qarşıya qoyulmuş əsas məqsəd mülki əhaliyə və infrastruktura ziyan yetirmədən hədəflərə nail olmaq idi. Şanlı Azərbaycan Ordusu dünya hərb tarixində daha bir nadir əməliyyatı mükəmməl şəkildə həyata keçirərək gözlənilən uğuru qazandı. Separatçılara qarşı aparılan və bir sutkadan da az çəkən əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri diz çökdürüldü. Uzun illərdən bəri Qarabağda kök salmış erməni separatizminə son qoyuldu, daşnak yuvası darmadağın olundu. 2023-cü il sentyabrın 19-20-də uğurla həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Azərbaycanın 30 il ərzində erməni işğalı altında olan torpaqları xalqımızın birliyi və ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsi zamanı azad edildi. Bu qələbə milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü nəticəsində qazanıldı. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.
“Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi”, – deyə deputat Ülkər Bayramova bildirib.
Digər xəbərlər