FHN bayram günlərində gücləndirilmiş iş rejimində ...
09:55 05.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, 16 yaşadək qız voleybolçuların Azərbaycan birinciliyinin qalibi olmaqla Naxçıvan idmanı tarixində ilkə imza atan "Möminə xatun" komandasının üzvləri doğma diyarda təntənəli şəkildə qarşılanıblar.
Naxçıvan Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində komandanı dövlət rəsmiləri, idman ictimaiyyəti nümayəndələri, könüllü gənclər, idmançılar və komanda heyətinin yaxınları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Voleybol Federasiyası Naxçıvan Filialının direktoru Vüqar Əliyev voleybolçuları və məşqçi heyətini möhtəşəm nailiyyət münasibətilə təbrik edib, uğurlar arzulayıblar. Qeyd olunub ki, qazanılan tarixi nailiyyət muxtar respublikada qadın idmanının, ümumilikdə, bədən tərbiyəsi və idmanın inkişafına mühüm töhfə, uşaq və yeniyetmələr üçün böyük stimuldur. Tarixi uğur idman sahəsində atılan addımların, voleybolun inkişafı istiqamətində görülən işlərin, gərgin əməyin bəhrəsi kimi qiymətləndirilib.
Hava limanından ayrılan heyət daha sonra Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılmış abidəsini ziyarət etməklə dahi şəxsiyyətin xatirəsinə olan ehtiramlarını ifadə ediblər.
Digər xəbərlər