NAXÇIVAN :

27 Sentyabr 2026, Bazar

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

...

Türkiyə Böyük Millət Məclisinin deputatları, siyasi partiyaların, ali təhsil müəssisələrinin, müxtəlif media qurumlarının, ictimai və idman təşkilatlarının nümayəndələri sentyabrın 27-də səhər saatlarından etibarən sosial şəbəkələrdə Azərbaycanda Anım Gününə həsr olunmuş paylaşımlar edirlər.
"Şərq qapısı" xəbər verir ki, paylaşımlarda ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını vermiş qəhrəmanların xatirəsi yad olunur.
Bundan başqa, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin tarixi əhəmiyyətinə, eləcə də Ankara ilə Bakı arasındakı birlik və qardaşlığın sarsılmazlığına diqqət çəkilir.
Qəhrəmanların xatirəsinin əbədi yaşayacağı, şəhidlərin ölməz olduğu, Vətənin bölünməz olduğu vurğulanır.
Paylaşımların əksəriyyəti “Qarabağ Azərbaycandır!” sözləri ilə başa çatır.

Nəşr edilib : 27.09.2026 11:55