NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

"Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı beynəlxalq konfrans keçirilir

...

Sentyabrın 22-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında beynəlxalq konfrans işə başlayıb.

"Şərq qapısı" xəbər verir ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində, həmçinin Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyi ərəfəsində keçirilən beynəlxalq konfransda Azərbaycanla yanaşı, Uqanda, Laos, Tanzaniya və Keniyanın Baş prokurorları, eləcə də Türkiyə Prokurorluğunun nümayəndəsi iştirak edirlər.

Tədbirdə əvvəlcə Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına müraciətini oxuyub.

Nəşr edilib : 22.09.2025 10:37