Göygölə dolu düşüb - FAKTİKİ HAVA
17:32 19.09.2026
0
0
0
NAXÇIVAN :
19 Sentyabr 2026, Şənbə
Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala və məhrumiyyətlərə baxmayaraq, xalqımız müstəqilliyini, dövlətçilik əzmini həmişə qoruyub saxlayıb. Bu gün dövlətimiz müstəqildir, suverendir, xalqımız heç kəsdən asılı deyil. Özümüz öz taleyimizin sahibiyik. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məqsədyönlü və praqmatik siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və prinsipial mövqeyi nəticəsində Azərbaycan misli görünməmiş uğurlara imza atıb, dünya dövlətləri arasında nüfuzunu və mövqeyini daha da gücləndirib.
Bütün bunlar xalqımızın İkinci Qarabağ müharibəsində əldə etdiyi böyük Zəfərlə daha da möhkəmlənib. Dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu, xalqımızın nümayiş etdirdiyi əzm, mətanət və xalq-iqtidar birliyi nəticəsində qazanılan Zəfər milli qürurumuzdur. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat və yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı ilə uzun illər işğal altında qalan torpaqlarımız azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın azadlığına qovuşdu. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə xalqımız böyük Zəfər qazandı və bu tarix Zəfər Günü kimi qeyd olunur. Böyük Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-da Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ərazilərimizdən çıxarılması və konstitusiya quruluşunun bərpası məqsədilə keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.
Bu gün bir vaxtlar viran edilmiş şəhər və kəndlərimizə, maddi-mədəniyyət abidələrimizə yenidən həyat bəxş edilir. “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Məcburi köçkün həyatı yaşamış vətəndaşlarımız artıq doğma torpaqlarına qayıdır, dövlət tərəfindən onların rahat və təhlükəsiz yaşayışı üçün hər cür şərait yaradılır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda 48 şəhər və kənddə insanlar yaşayır. Bütün bunları 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilən antiterror əməliyyatında canını fəda edən şəhidlərimizə, yaralanan qazilərimizə borcluyuq. Şəhidlərimiz qəlbimizin ən dərin yerində daim yaşayacaqlar. Şanlı Zəfər sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın bir yumruq kimi birliyinin, çətin gündə dövlətinin yanında olmasının nəticəsidir. Bu gün Azərbaycan Ermənistanla sülh prosesi mərhələsindədir və inanırıq ki, bu sülh davamlı olacaq.
Bəli, hər bir Azərbaycan vətəndaşı buna çalışmalıdır. Çalışmalıyıq ki, dövlətimiz həmişə güclü və qüdrətli olsun, xalqımız qürurlu xalq kimi yaşasın, yaratsın və ölkəmizin inkişafına öz töhfəsini versin. Suverenliyimiz xalqımızın milli sərvətidir və onun qorunması hər birimizin məsuliyyətidir.
Güntac ŞAHMƏMMƏDLİ
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
Digər xəbərlər