NİİM: Yanlış manevr bütün hərəkət iştirakçılarını ...
16:27 19.10.2026
0
0
0
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov və maliyyə nazirinin birinci müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantıları çərçivəsində DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə keçirilən görüşdə iştirak edib.
AMB-dən bildirilib ki, görüşdə ölkədə makroiqtisadi mühit, maliyyə sektorunun inkişaf meyilləri və DB ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin cari statusu barədə məlumat verilib. Bundan əlavə, Azərbaycan ilə DB arasında uzunmüddətli və səmərəli əməkdaşlığın ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, maliyyə sektorunun inkişafına və dayanıqlı iqtisadi artıma mühüm töhfə verdiyi vurğulanıb.
Görüşdə, həmçinin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına dəstək mexanizmləri, eləcə də DB-nin 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsi çərçivəsində həyata keçirilən və nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər