NAXÇIVAN :

08 Noyabr 2026, Bazar

Surinamla ticarət, investisiya, energetika sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

...

İqtisadiyyat naziri Mikayıl Cabbarov Surinamın iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiya naziri Endryu Baasaron ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, energetika, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Tərəflər sahibkarlığın dəstəklənməsi, texnoloji innovasiyalar və rəqəmsal dövlət xidmətləri üzrə təcrübə mübadiləsi, həmçinin işgüzar dairələr arasında tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 06.11.2026 16:00