NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

“Stress və stressin idarə olunması” adlı təlim keçirilib

...

“Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş qazilər üçün “Stress və stressin idarə olunması” adlı təlim keçirilib. Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçən oğulların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.  Birliyin sədr müavini Əli Əlisoy çıxış edərək bildirib ki, keçirilən təlimlərin əsas məqsədi müharibə ilə əlaqədar sağlamlığını itirən hərbçilərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və  sosial həyatda fəal iştiraklarını təşviq etməkdir. Vurğulanıb ki, müharibə sonrası travmaların müalicəsi, hərbçilərin psixoloji sağlamlıqlarını bərpa etmək istiqamətində görüləcək işlər layihənin əsas məqsədidir. Bundan əvvəlki  təlimdə də  bu məqsədlə söhbət aparılıb. Tədbirdə çıxış edən şəhid İbrahim Vəlizadənin atası Səməd ata qeyd edib ki, rəşadətli Ordumuzun hər bir fərdi bu xalqın qəhrəmanıdır. Oğullarımız başımızı uca etdi. Azərbaycan xalqının tarixinə yeni bir səhifə açdı. 

Qeyd edək ki, təlim  dosent, klinik  psixoloq, doktor Ayaz Seyidli tərəfindən keçirilib. Təlim zamanı qarşılıqlı fikir mübadiləsi olub. Qazilərin Vətən müharibəsində yaşadığı psixoloji travmanın nəticələrinin  aradan qaldırılması istiqamətində söhbətlər aparılıb.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 21.09.2024 22:34