Romada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində k...
22:32 29.04.2026
0
0
0
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 2025-ci il 22 dekabr tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür.
"Şərq qapısı" xəbər verir ki, Sərəncama əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sənədə əsasən bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.
Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm önəm kəsb edir. Ödənilən ünvanlı yardımların məbləği davamlı olaraq artır. 2018-2025-ci illər ərzində bu yardımın hər ailəyə düşən ortaaylıq məbləği 2,4 dəfə artıb və hazırda bu məbləğ ölkə üzrə 425 manat təşkil edir.
Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi isə qeyd edilən dövrdə 2,2 dəfə artırılaraq 285 manata çatdırılıb və növbəti ildə 300 manata çatdırılması nəzərdə tutulub.
Sərəncam Naxçıvan Muxtar Respublikası üzrə hazırda ünvanlı sosial yardımla təmin olunan, təqribən, 2900 ailəni (12840 ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardım ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək.
Digər xəbərlər