Türkiyədə I İstanbul Enerji Forumu keçirilir
12:01 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
15 Sentyabr - Bilik Günü ərəfəsində sosial qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, təkvalideynli, şəhid və qazi uşaqları, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar məktəbli geyimləri ilə təmin ediliblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər ölkəmizdə digər sahələr kimi təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıblar. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli çıxış edərək bildiriblər ki, dövlət hər zaman qayğıya ehtiyacı olan ailələrə diqqət ayırır, onların problemləri ilə yaxından maraqlanır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində tədbirlər həyata keçirilir. Muxtar respublikada bütün uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənclər kimi formalaşması diqqət mərkəzində saxlanılır. Çıxış edənlər uşaqları Bilik Günü münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublika üzrə sosial qayğıya ehtiyacı olan 173 uşağa məktəbli geyimləri verilib. Məktəbli geyimləri muxtar respublikanın rayonlarında keçirilən analoji tədbirlərdə uşaqlara təqdim edilib.
Digər xəbərlər