Milli Məclisin sədri: Qadınların gücləndirilməsi r...
15:56 21.04.2026
0
0
0
Avqustun 14-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Vətəndaş Tribunası" İctimai Birliyi tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Giriş sözü ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov tədbirin əhəmiyyətindən bəhs edib, cəmiyyətin inkişafında informasiya mübadiləsinin mühüm rol oynadığını vurğulayıb.
Daha sonra "Vətəndaş Tribunası" İctimai Birliyinin sədri Səfər Alışarlının, professor, AMEA Folklor İnstitutunun şöbə müdiri Əfzələddin Əsgərin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-jurnalist Hüseyn Əsgərovun mövzu ilə bağlı çıxışları dinlənilib.
Çıxışlardan sonra tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları paylanılıb, dialoq çay süfrəsi arxasında davam etdirilib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd sosial şəbəkələrin müasir həyatımızda olan rolundan və onlar vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı aparılan təbliğatın forma və istiqamətlərindən, həmçinin hədəf və niyyətlərin açıqlanmasından ibarət olub.
Digər xəbərlər