NDU-da Doktorantların və gənc tədqiqatçıların Resp...
20:42 30.10.2026
0
0
0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 30 oktyabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına töhfə verən, bu sahədə səmərəli fəaliyyəti ilə seçilən şəxslər də var.
“Şərq qapısı” qəzeti olaraq “Tərəqqi” medalı ilə təltif olunanlarla görüşərək onların təəssüratlarını öyrəndik.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət dəstəyi, aqrar sığorta, kredit və investisiyaların tənzimlənməsi sektorunun müdiri İntiqam Hüseynbəyli bildirdi ki, 17 ildir, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. O, Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsini uzun illər ərzində gördüyü əməyə verilən yüksək qiymət kimi dəyərləndirib. Müsahibim qeyd etdi ki, bu təltif onun üçün işinə verilən böyük dəyər olmaqla yanaşı, gələcək fəaliyyətində daha böyük məsuliyyət və ruh yüksəkliyi yaradır.
Zəhra VƏLİYEVA
Digər xəbərlər