NAXÇIVAN :

30 Dekabr 2024, Bazar ertəsi

Son üç ildə 46 minə yaxın tələbəyə təhsil krediti verilib

...

Təhsil Tələbə Krediti Fondunun elektron portalına son üç ildə 58 mindən çox müraciət daxil olub.

"Şərq qapısı" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov təşkilatın 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə deyib.

O qeyd edib ki, müraciətlər əsasında 46 minə yaxın tələbənin təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib:

"Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb".

Nəşr edilib : 20.12.2024 10:56