Naxçıvan Muxtar Respublikasında noyabr ayının 4-nə...
23:12 03.11.2024
0
0
0
NAXÇIVAN :
04 Noyabr 2024, Bazar ertəsi
"Şərq qapısı" xəbər verir ki, cari ilin avqust-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrə, ümumilikdə, 232 nəfər işə qəbul edilib.
Belə ki, avqust ayında Dövlət İmtahan Mərkəzi və nazirliyin birgə keçirdiyi müsabiqənin müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuş 8 nəfər musiqi məktəblərində müəllim vəzifəsinə təyin edilib.
Sentyabr ayında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin nəticələrinə uyğun olaraq uğur qazanmış 5 namizəd musiqi məktəbinə direktor təyin edilib.
Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə sentyabr-oktyabr ayları ərzində keçirilən müsahibələr nəticəsində, ümumilikdə, 79 nəfər işə təyin edilib.
Teatr müəssisələrinə işə qəbul üçün keçirilən müsahibələrdə isə 7 nəfər uğur qazanaraq işlə təmin edilib.
Əlavə olaraq müvafiq dövr ərzində nazirliyin Aparatında və tabe müəssisələrində müddətli müqavilə əsasında ümumi vəzifələrə,həmçinin texniki işlərə ştat vahidinə uyğun olaraq işçi qəbulu həyata keçirilib.
Qeyd edək ki, mədəniyyət müəssisələrində kadr potensialının möhkəmləndirilməsi, istedadlı şəxslərin işlə təmin edilməsi bundan sonra da davam etdiriləcək.
Digər xəbərlər