NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Şahbuzda tibbi müayinə aksiyası keçirilib

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Şahbuz rayonunun Sələsüz Kənd Ailə Sağlamlıq Mərkəzində əhali üçün tibbi müayinə aksiyası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, aksiya çərçivəsində sakinlərin müxtəlif ixtisaslar üzrə tibbi müayinələri aparılıb, sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsi və xəstəliklərin erkən aşkarlanması istiqamətində müvafiq tədbirlər görülüb.
Müayinələr zamanı pediatr tərəfindən 10, kardioloq tərəfindən 12, terapevt tərəfindən 11, cərrah tərəfindən 5, ginekoloq tərəfindən 6 müayinə aparılıb. Həmçinin 5 laborator müayinədən istifadə olunub.
Belə tibbi aksiyaların keçirilməsi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılmasına, profilaktik müayinələrin təşviqinə və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına xidmət edir.

Nəşr edilib : 22.09.2026 16:29