NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Azərbaycan Almaniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

...

Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.

"Şərq qapısı" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Bu barədə müzakirələr P. Şahbazovun Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşdə aparılıb.

O bildirib ki, Azərbaycan qazının Almaniyaya tədarükü, bərpa olunan enerji və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 22.09.2026 17:34