NAXÇIVAN :

02 Oktyabr 2026, Cümə

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

...

SOCAR Xəzər dənizində ilk dəfə “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını uğurla tamamlayıb.

“Azneft” İstehsalat Birliyindən bildirilib ki, “Azneft”in istismar etdiyi yataqda 247,6 km² ərazini əhatə edən tədqiqat nəticəsində əldə olunan yüksək dəqiqlikli məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların daha ətraflı öyrənilməsinə, yatağın geoloji modelinin təkmilləşdirilməsinə və gələcək qazma hədəflərinin dəqiqləşdirilməsinə imkan verəcək.

Bu layihə SOCAR-ın Xəzər dənizində qabaqcıl geofiziki texnologiyaların tətbiqini genişləndirməsi və uzun müddətdir istismarda olan yataqların gələcək potensialını müasir texnologiyalar vasitəsilə daha dəqiq qiymətləndirməsi baxımından mühüm addımdır.

Nəşr edilib : 02.10.2026 11:00