NAXÇIVAN :

16 Iyul 2026, Cümə axşamı

Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

...

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 15-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

"Şərq qapısı" xəbər verir ki, Slovakiya Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub.

Prezident Peter Pelleqrini, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

Nəşr edilib : 15.07.2026 11:15