NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Şirkət rəhbəri: WUF13 kimi tədbirlər ölkədə yeni böyük layihələrin başlanmasına stimul verir

...

Azərbaycan artıq investorlar üçün çox böyük platformaya çevrilib. Bu gün “Sea Breeze”, “Ağ Şəhər” kimi iri layihələr həyata keçirilir. WUF13 kimi beynəlxalq tədbirlər isə ölkədə yeni böyük layihələrin başlanmasına stimul verir. Təbii ki, biz də şirkət olaraq dövlətlə birlikdə “Ağ Şəhər” kimi layihələrin davam etdirilməsinə öz töhfəmizi verməyə çalışırıq.
"Şərq qapısı" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “AS Group Investment” MMC-nin təsisçisi Şahin Mövsümov bildirib.
O qeyd edib ki, “AS Group” işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərində fəal iştirak edirlər. “Zəngilan rayonunun Ağalı kəndinin birinci və ikinci mərhələlərini, eləcə də Məmmədbəyli kəndi layihəsini uğurla təhvil vermişik. Füzuli rayonunda isə Dövlətyarlı kəndinin layihələndirilməsini həyata keçirmişik. Hesab edirəm ki, Azərbaycan bizim gələcəyimizdir və biz şirkət olaraq ölkəyə yeniliklər gətirməyə davam edəcəyik”, - deyə Şahin Mövsümov əlavə edib.

Nəşr edilib : 20.05.2026 18:20