NAXÇIVAN :

09 Fevral 2026, Bazar ertəsi

Şimali Kipr Ali Məhkəməsinin sədri Azərbaycana səfərə yola düşüb

...

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Ali Məhkəməsinin sədri Bertan Özerdağ Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Bakıya yola düşüb.

"Şərq qapısı" ŞKTC Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinə istinadla xəbər verir ki, səfər zamanı onu Şimali Kipr Ali Məhkəməsinin hakimi Peri Hakkı müşayiət edir.

Səfər çərçivəsində Azərbaycanın və Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlərin məhkəmə strukturlarının nümayəndələri ilə danışıqların aparılması planlaşdırılır.

B.Özerdağın “Müasir insan həyatında baş verən dəyişikliklərin Konstitusiya hüquqlarına təsiri” mövzusunda çıxışı da nəzərdə tutulub.

Nəşr edilib : 16.07.2025 16:17