Genderlə bağlı növbəti təlim keçirilib
19:10 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Sentyabr ayının 20-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Bist və Ələhi kəndlərinin sakinləri üçün səyyari qəbul keçirilib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 19-20 sentyabr tarixlərində suverenliyimizin bərpası ilə nəticələnmiş Antiterror əməliyyatlarının birinci ildönümünün tamam olduğunu qeyd edərək qəbul iştirakçılarını Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükuta dəvət edib. Sükutun ardınca İcra başçısı 20 sentyabr tarixinin “Dövlət Suverenliyi Günü” kimi qeyd olunması haqqında Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam verdiyini qeyd edərək bu gün münasibətlə qəbul iştirakçılarını təbrik edib. Görüşdə 44 günlük Zəfər tarixi və Antiterror əməliyyatlarının əhəmiyyəti bir daha vurğulanıb. Bist kəndinin yetirməsi Elcan Balabəylinin də məhz Antiterror əməliyyatı zamanı şəhadətə yüksəldiyi bildirilərək dövlət tərəfindən digər şəhidlərimiz kimi Kapitan Elcan Balabəylinin də xatirəsinə daim hörmət və ehtiram göstərildiyi qeyd olunub.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 30 il öncə 1994-cü ilin 20 sentyabr tarixində Ümummilli Lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə “Əsrin Müqaviləsi”nin imzalandığını xatırladıb, məhz bu müqavilənin imzalanması nəticəsində Azərbaycanın iqtisadi inkişafının təməlinin qoyulduğunu bildirib. Qəbul zamanı həmçinin Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institunun idarəetmədə müasir yanaşma və innovativ metodlar gətirdiyi bildirilərək bu institutun vətəndaş məmnuniyyətinin artmasındakı rolundan bəhs edilib. Eləcə də “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər və bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında ətraflı məlumat verilib. Haliyədə Ordubad rayonunun bir sıra kəndlərində yol infrastruktrunun yenidən qurulduğu, bu sahədə işlərin davamlı olacağı nəzərə çatdırılıb
Tədbirlər planına uyğun olaraq bu il baramaçılıqla bağlı pilot layihənin tətbiqində müsbət nəticələrin əldə olunduğu, yaxın gələcəkdə ipəkçilik, konserv və digər ənənəvi sahələrin dirçəlidilməsi üçün müvafiq işlərin görüləcəyi ifadə edilib. “Zəngəzur dəhlizi”nin reallaşması nəticəsində ölkəmizin Türk dünyası və Mərkəzi Asiyadan keçəcək olan nəhəng logistik dəhlizlərin bir hissəsinə çevriləcəyi, bu dəhlizin giriş qapısı olaraq Ordubad rayonunun da böyük dividentlər qazanacağı qəbul iştirakçılarının diqqətinə çatdırılıb. Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamına uyğun olaraq rayon ərazisində yaxın zamanda kompleks işlərin həyata keçiriləcəyi, şəhərin baş planının hazırlanması və yeni hotel tikintisi üçün işlərə start verildiyi qeyd olunub. İcra başçısı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin tapşırığına əsasən şəhid ailələrinin və müharibə iştirakçılarının yaşadıqları ərazilərə gedən yolların asfaltlanması ilə yanaşı bu ərazilərdə geniş abadlıq işlərinin getdiyini və görülən işlərin ardıcıl olaraq davam edəcəyini də bildirib. Ölkəmizdə bu il keçiriləcək dünya əhəmiyyətli COP29 tədbirinə ev sahibliyi etmək barədə verilən qərarın Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətlər və ölkə rəhbəri cənab İlham Əliyevin şəxsi nüfuzundan qaynaqlandığı vurğulanıb.
Daha sonra kənd əhalisi ilə ümumi problemlər müzakirə edilib, məşğulluq, yol, sosial yardım və digər problemlər ilə bağlı səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Digər xəbərlər