Mehriban Ələkbərzadəyə MDB PA-nın Çingiz Aytmatov ...
12:38 23.11.2024
0
0
0
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Sevincin inciləri” qanun çalanlar ansamblının Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş konserti keçirilib.
Konsertin bədii rəhbəri Naxçıvan Dövlət Universitetinin müəllimi, Respublika və Beynəlxalq müsabiqələrin “QRAN PRİ” mükafatları laureatı, Prezident mükafatçısı Sevinc Babayevadır. Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin müəllimlərindən ibarət müşayiətçi qismində Əlisoy Munis, Məmmədov Camal, Hüseynov Sadiq, Fətullayev Ziya, xormeyster Aytəkin Mustafayeva, baletmeyster Zəliha Hüseynquliyeva, “Naxçıvan qala” ritm qrupunun ifalarında rəngarəng musiqi nömrələri səsləndiriblər. Konsertin solistləri Prezident mükafatçısı İsmayılov Samir, Abdullayev İlkin, Bəsti Nağıyeva, Əliyev Özər, Elnur Naxçıvanlı, Əliyev Vəlidir.
Qeyd edək ki, konsert proqramında Elçin Cəfərov və Tərlan Məmmədhüseynovun “Zəfər marşı”, Ramiz Mirişlinin “Naxçıvan təranələri”, Mahirə Nağıqızının “Qurban olduğum Azərbaycan” və başqa nəğmələr tamaşaçıların zövqünü oxşayıb.
Aidə İBRAHİMOVA
Digər xəbərlər