NAXÇIVAN :

19 Aprel 2026, Bazar

ŞƏT ölkələri "vahid tərəfdaş" statusu yaradacaq

...

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr "müşahidəçi" və "dialoq tərəfdaşı" statuslarını vahid "ŞƏT tərəfdaşı" statusunda birləşdirmək qərarına gəlib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Çində keçirilən sammitin bu gün imzalannış yekun bəyannaməsində qeyd olunub.

Bundan əvvəl Çin Sədri Si Cinpin sammitdə Azərbaycan və Ermənistanın ŞƏT-ə daimi üzv kimi qoşulmasını dəstəklədiyini bildirib.

Qeyd edək ki, Azərbaycan indiyədək təşkilatda "dialoq tərəfdaşı" statusuna malik olub. Ölkə bu statusun "müşahidəçi" statusuna yüksəldilməsi ilə bağlı müraciət edib.

Nəşr edilib : 01.09.2025 12:56