NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Şərurda Milli Müdafiə Universitetinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulun təşviqi aparılıb

...

Aprelin 21-də Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi institut, hərbi kolleclər və hərbi liseylərin tanıdılması, həmin müəssisələrə qəbulun təşviqi məqsədilə Şərur rayonunda təbliğat tədbiri təşkil olunub.
“Şərq qapısı” xəbər verir ki, maarifləndirici görüşdə Şərur rayon məktəbliləri iştirak edib. 
Rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Naxçıvan Hərbi Kollecinin və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən şagirdlərə Milli Müdafiə Universitetinin strukturları, xüsusi təyinatlı təhsil müəssisələrinə elektron sənəd qəbulunun şərtləri, fakültələr, kursantlar üçün birdəfəlik, aylıq ödəmələr, imtiyazlar və digər vacib məsələlər barədə ətraflı məlumatlar verilib, videoçarx izlənilib, suallar cavablandırılıb. Həmçinin hərbi geyimlər və müxtəlif təlim-tədris vasitələri nümayiş etdirilib. Tədbirin əsas məqsədi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin hərbi təhsilə marağının artırılması, eləcə də gələcək hərbi kadr ehtiyatının formalaşdırılması istiqamətində maarifləndirici işlərin aparılmasıdır. 
Qeyd edək ki, maarifləndirici tədbirlər aprelin 24-dək davam etdiriləcək. Aprelin 26-da isə Naxçıvan Hərbi Kollecində şagirdlər üçün “Açıq qapı” gününün təşkili nəzərdə tutulub.

Nəşr edilib : 21.04.2025 15:51