Naxçıvan şəhərində avtomobil 2 tələbəni vurub...
01:26 27.04.2025
0
0
0
NAXÇIVAN :
27 Aprel 2025, Bazar
Şərur rayonunda kənd yaşayış məntəqələrinin infrastruktur təminatının yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində bir sıra işlər görülür. Kənd yolları təmir olunur, elektirik xətləri yenilənir, yaşıllaşdırma tədbirləri həyata keçirilir.
Şərur rayonunun yaşayış məntəqələrində həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə abadlıq və quruculuq işləri görülür.
Bu münasibətlə Şərur rayonunun Püsyan kəndində məhəllədaxili yollar kürənib, qum-çınqıl daşınıb tökülərək hamarlanıb, bərkidilib. Nəticədə, kənddaxili hərəkət daha rahat və təhlükəsiz olub. Eyni zamanda rabitə xətləri yenilənib, elektrik təsərrüfatında isə mühüm dəyişikliklər baş verib, 4 elektrik dirəyi tamamilə yenisi ilə əvəzlənib, digər 4 dirəyə isə dayaq qoyularaq möhkəmləndirilib.
Təzəkənd kəndində isə yolboyu yaşıllaşdırma işləri aparılıb. 3 min 300 metr uzunluğundakı yolun hər iki tərəfinə, ümumilikdə, 1300 ədəd meşə ağacı əkilib. Əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və suvarma işləri aparılıb.
Aparılan tədbirlər yerli sakinlər tərəfindən də razılıqla qarşılanır.
Qeyd edək ki, bütün bu işlər yerli bələdiyyələrin tərkibində vergilər və ödənişlərlə formalaşan büdcə vəsaiti hesabına reallaşdırılıb.
Şərur rayonunda abadlıq və quruculuq işləri davam edir.
Məhəllədaxili yollar təmir olunur, sakinlərin rahatlığı təmin edilir.
Digər xəbərlər