Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər g...
17:50 03.10.2026
0
0
0
Türkiyə hərbi-sənaye kompleksini uğurla inkişaf etdirməkdə davam edir. Bu gün biz artıq yalnız öz tələbatımızı ödəmir, həm də dost və müttəfiq ölkələrə müdafiə məhsulları tədarük edirik. Əminəm ki, dostlarımız nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli ölkə olacaq.
"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada GAP hava limanının ərazisində keçirilən “Texnofest-Cənub-Şərq” festivalının iştirakçılarına müraciətində deyib.
O, yerli mühəndis-konstruktorların hazırladığı məhsullarla fəxr etdiyini bildirib və “Texnofest”in ərazisində nümayiş etdirilən KIZILELMA pilotsuz döyüş təyyarəsini, beşinci nəsil KAAN təyyarəsini və GÖKBEY helikopterini də bu məhsullar sırasına daxil edib.
“Bu gün ölkəmiz müdafiə sahəsində tələbatının artıq 80 faizini özü qarşılayır. Türkiyənin 4,5 mindən çox müdafiə sənayesi şirkəti 100 mindən çox vətəndaşı işlə təmin edir və bu, son hədd deyil”, – deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, müasir mərhələdə Türkiyə hərbi-sənaye kompleksinin ixrac həcminə görə dünyada 11-ci yerdədir.
Prezident “Texnofest” festivallarında iştirak edən gənclərin Türkiyənin gələcək inkişafının hərəkətverici qüvvəsinə çevriləcəyinə əminliyini ifadə edib.
Türkiyə lideri, həmçinin ölkənin bütün vilayətlərindən 730 mindən çox komandaya, eləcə də “Texnofest” festivalında iştirak etmək üçün müraciət edən 97 dövlətə təşəkkür edib.
Digər xəbərlər