NAXÇIVAN :

05 Iyul 2026, Bazar

Şərurda həyətyanı sahədə yanğın olub

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun Yengicə kəndində həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.

Yanğın hadisəsi nəticəsində 510 kq ot bağlaması yanıb. 1020 kq ot bağlaması və 55 m² sahəsi olan yardımçı tikilinin daxilində olan 5 ədəd iribuynuzlu və 3 ədəd xırdabuynuzlu heyvan isə xilas edilib.

Nəşr edilib : 01.07.2026 11:47