Milli Məclisin sədri: Qadınların gücləndirilməsi r...
15:56 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun Axaməd kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Yanğından Mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 242 kvadratmetr olan ikimərtəbə, 8 otaqdan ibarət olan fərdi yaşayış evinin 12 kvadratmetr mətbəx otağı içərisindəki əşyalarla birlikdə yanıb.
Evin digər otaqları isə yanğından mühafizə olunub.
Digər xəbərlər