NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Şərurda çörək sexinin fəaliyyəti ciddi nöqsanlara görə dayandırılıb

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur rayonu, Siyaqut kəndində fəaliyyət göstərən Mədətov Rafiq Malik oğluna məxsus çörək sexində ciddi nöqsanlar aşkarlanıb.
Agentlikdən “Şərq qapısı”na bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi müəyyən edilib. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı, tavan, döşəmə və divarların yararsız vəziyyətdə olduğu aşkarlanıb. Eyni zamanda, müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyənləşib. Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub. 
Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti dayandırılıb.

Nəşr edilib : 13.09.2024 16:05