“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kərimbəyli kəndində yorğa atlar üzrə dostluq yarışı keçirilib.
“Şərq qapısı” xəbər verir ki, 3 kilometr məsafə üzrə keçirilən yarışda 15 çapar mübarizə aparıb. Gərgin mübarizə ilə yadda qalan yarışın keçirilməsində əsas məqsədi atçılıq ənənələrinin qorunması və gənclərin bu sahəyə olan marağının artırılması olub. “Kim yaxşı sürər” şüarı altında keçirilən yarışın qalibi adını Kəngərli rayonun Qabıllı kənd sakini Əli İbrahimov “Volter” ləqəbli atı ilə qazanıb. Şərur rayonu, Çomaxtur kənd sakini Xoşbəxt Qədimov və Danyeri kənd sakini Elsəvər Quliyev isə finiş xəttini ikinci və üçüncü olaraq başa vurublar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və kubokla təltif ediliblər.
Digər xəbərlər