NAXÇIVAN :

23 Oktyabr 2026, Cümə

Şərurda bədbəxt hadisə, ölən var

...

"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun İbadulla kəndində baş verib. Belə ki, soyuducu anbarda yük rəflərinin aşması nəticəsində 2 nəfər kartof yüklərinin altında qalıb. Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Məmmədova Rüqayyə Nurəli qızı həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Zamanova Səidə Əsgər qızı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.

Nəşr edilib : 23.10.2026 17:33