Şəhid olmağı özünə şərəf bildi
12:12 23.11.2024
0
0
0
Muxtar respublikada əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli, eyni zamanda dayanıqlı içməli su ilə təmin olunması diqqət mərkəzindədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su anbarlarında hovuzların çöküntülərdən yuyularaq təmizlənməsi işləri davam etdirilir.
Agentliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, Şərur Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və İctimai Səhiyyə Xidmətinin Naxçıvan Regional Mərkəzinin Sanitar Epidemiologiya Şöbəsinin əməkdaşları tərəfindən Şərur Şəhər Su Təmizləyici Qurğular Kompleksinin 10000 kubmetr həcmində olan su anbarı yuyularaq şəffaflaşdırılıb, 10 faizli xlorlu əhəng məhlulu ilə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri yekunlaşandan sonra hovuz su ilə doldurulmağa başlanılıb. Hovuz tam dolduqdan sonra sudan yeni nümunələr götürülərək laboratoriyada analiz ediləcək. Analizin nəticələrindən asılı olaraq suyun şəbəkəyə ötürülməsi təmin olunacaq.
Vətəndaşların təmiz və keyfiyyətli içməli su təminatının yaxşılaşdırılması üçün həyata keçirilən dezinfeksiya tədbirləri Ordubad, Şahbuz və Culfa rayonlarında yekunlaşıb, həmçinin Babək rayonunda da keçirilməsi nəzərdə tutulub.
Digər xəbərlər