NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Şərur Şəhər Peşə Liseyində ilk dəfə olaraq "Baytar-texniki " ixtisası yaradılıb

...

"Şərq qapısı" xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ına əsas proritet hədəflərdən biri də muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsidir. Proqrama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şərur Texniki Peşə və Sürücülük məktəbinin bazasında Şərur Şəhər Peşə Liseyi yardılıb. Liseydə 2024-2025-ci tədris ilindən  yeni ixtisaslar yaradılıb ki, onlardan biri də  "Baytar-texnik " ixtisasıdır.   
Yeni ixtisasda tələbələr heyvanların anatomiyası, fizologiyası yetişdirilməsi, xəstə heyvanların müalicəsi, heyvanların keçici  xəstəliklərin  qorunması  ilə bağlı təcrübi biliklərə yiyələnəcəklər.  
3 illik ixtisası bitirdikdən sonra  məzunlar müstəqil şəkildə heyvanların müayinə edilməsi və xəstəliklərə qarşı mübarizə üsullarını tətbiq edə, həmçinin  baytar həkimlərin və baytar cəhrrahların yanında köməkçi   vəzifəsində çalışa biləcəklər.

Nəşr edilib : 27.09.2024 19:48