NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

“Şərq qapısı”nın videosu səfirliyin rəsmi sosial hesabında paylaşılıb

...

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi “Şərq qapısı” qəzetinin Möminə xatun türbəsi ilə bağlı hazırladığı qısa videonu X (Twitter) sosial şəbəkə hesabında paylaşıb. 

Paylaşımda qeyd olunur ki, XII əsrə aid Möminə xatun türbəsi Naxçıvanda Azərbaycan memarlığının seçkin şah əsərləri sırasında yer alır.
Qeyd edək ki, sözügedən video sosial şəbəkələrdə ən çox paylaşılan materiallar sırasında yer alır.

Nəşr edilib : 06.01.2026 09:33