Qırğızıstan Prezidenti Azərbaycanla ikiqat vergitu...
16:41 22.11.2024
0
0
0
Hörmətli “Şərq qapısı” redaksiyası, 103 yaşınızın tamam olması münasibətilə sizi ürəkdən təbrik edirəm! Britaniyada yaşayan bir azərbaycanlı olaraq qəzetinizin Azərbaycan mətbuat tarixindəki əvəzsiz yerini və xalqımızın maarifləndirilməsi yolunda oynadığı rolu yüksək qiymətləndirirəm. Xaricdə yaşasaq da, “Şərq qapısı”nın sosial media vasitəsilə bizə Vətənimizin səsi olması qürurvericidir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatına, xüsusilə “Şərq qapısı” qəzetinə göstərdiyi diqqət və qayğı həmişə yaddaşlarımızda qalacaq. Onun rəhbərliyi altında “Şərq qapısı” yeni inkişaf mərhələsinə qədəm qoyaraq milli dəyərlərimizi, tariximizi və həqiqətlərimizi bizlərə çatdıran mötəbər mətbuat orqanına çevrildi.
Qəzetinizə yeni yaradıcılıq nailiyyətləri və daha çox oxucu auditoriyası arzulayıram!
Yaradıcılıq fəaliyyətinizdə uğurlar diləyirəm!
Hörmətlə,
Hafiz BAXŞƏLİYEV
Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri
Digər xəbərlər