NAXÇIVAN :

19 Aprel 2026, Bazar

“Şərq qapısı” qəzetinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib

...

22 iyul təkcə bizim peşə bayramımız deyil, həm də Ulu Öndərin ideyaları ilə möhkəmlənən müstəqil Azərbaycanın dönməz yolunun başlanğıcıdır. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə “Şərq qapısı” qəzetinin kollektivi olaraq Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət etdik. 

Qeyd edək ki, 22 iyul yalnız Azərbaycan mətbuatının doğum günü deyil, həm də xalqımızın qurtuluş yolunun başlandığı bir dövrü xatırladır. 1990-cı il iyulun 22-də Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi ilə təkcə blokadada olan bir diyarın deyil, bütöv Azərbaycanın taleyi dəyişdi.

Naxçıvan xalqının böyük inamla bağrına basdığı bu qayıdış dövlətçiliyimizin, milli həmrəyliyimizin və gələcək qələbələrimizin təməlini qoydu. O gün Naxçıvanda doğan günəş – Heydər Əliyev günəşi  bütün Azərbaycanı işıqlandırdı.

Bu gün Heydər Əliyev Muzeyində nümayiş olunan eksponatlar sırasında “Şərq qapısı” qəzetinin materialları da yer alıb. Bir daha o tarixi günlərə nəzər saldıq. "Şərq qapısı” qəzetinin materiallarının Heydər Əliyev Muzeyində nümayiş etdirilməsi kollektivimiz üçün böyük bir fəxr mənbəyidir.

“Şərq qapısı” qəzeti Ümummilli Liderin Naxçıvanda rəhbərliyi dövründə milli maraqların müdafiəsində mühüm tribuna kimi çıxış edib, onun siyasi baxışlarının cəmiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayıb.

Nəşr edilib : 21.07.2025 10:57