NAXÇIVAN :

15 Avqust 2026, Şənbə

“Şərq qapısı” qəzetinin əməkdaşının yazısı “Ən yaxşı reportaj”lar sırasında yer alıb

...

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 13 may 2026-cı il tarixdə elan olunmuş “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb.

Müsabiqənin yekunlarına əsasən “Şərq qapısı” qəzetinin əməkdaşı Elnurə Cəfərovanın müəllifi olduğu reportaj “Ən yaxşı reportaj” nominasiyası üzrə seçilən yazılar sırasında yer alıb.

Qeyd edək ki, MEDİA Agentliyinin təşkil etdiyi “Fərdi jurnalist müsabiqəsi” peşəkar jurnalistikanın inkişafının təşviqi, keyfiyyətli media məhsullarının hazırlanmasının stimullaşdırılması, eləcə də yaradıcı jurnalistlərin əməyinin qiymətləndirilməsi məqsədilə keçirilir.

Bu uğur münasibətilə əməkdaşımızı səmimi-qəlbdən təbrik edir, ona peşəkar və yaradıcı fəaliyyətində yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq.

Nəşr edilib : 01.07.2026 15:11