NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Sərmayə kapitalı verilmiş qadınlarla bağlı monitorinqlər davam edir

...

"Şərq qapısı" xəbər verir ki, qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən növbəti monitorinqlər aparılıb. Şahbuz rayonunda keçirilən monitorinqlər zamanı məlum olub ki, layihə iştirakçısı olan Şahbuz şəhər sakini Rüstəmova Simuzər Aslan qızı iribuynuzlu heyvandarlıq üzrə, Şahbuz şəhər sakini Baxşəliyeva Əsmər Fərman qızı yeyinti məhsullarının qablaşdırılması  üzrə, Şahbuz şəhər sakini Vəlizadə Qumru Kirman qızı toxuculuq üzrə sərmayə kapitalından öz təyinatına uyğun istifadə edərək fəaliyyət sahəsini qurub və inkişaf etdiriblər. Monitorinqlər zamanı heç bir nöqsan aşkarlanmayıb.

Nəşr edilib : 23.11.2024 22:49