NAXÇIVAN :

03 Oktyabr 2024, Cümə axşamı

Sərmayə kapitalı verilmiş qadınlarla bağlı monitorinqlər davam edir

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalı verilən qadınların işlədiyi və yaşadığı ünvanlarda növbəti monitorinqlər aparılıb. Naxçıvan şəhərində keçirilən monitorinqlər zamanı məlum olub ki, layihə iştirakçısı olan Naxçıvan şəhər sakini Həmzəyeva Miranə Nizami qızı dekorativ-tətbiqi sənət üzrə, Naxçıvan şəhər sakini Xudadanova Xanım Adil qızı zərgərlik üzrə, Bayramova Lalə Əliqulu qızı isə dərzilik üzrə sərmayə kapitalından öz təyinatına uyğun istifadə edərək fəaliyyət sahəsini qurub və inkişaf etdiriblər. Monitorinqlər zamanı heç bir nöqsan aşkarlanmayıb.

Nəşr edilib : 02.10.2024 10:32