Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçiri...
16:00 02.10.2026
0
0
0
Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vurmuş hərbi qulluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli tədbirlər keçirilib.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər hərbi xidməti başa vurmuş sərhədçi əsgərlərin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirdiklərini vurğulayıblar.
Bildirilib ki, sərhədçi əsgərlərin hərbi xidmət dövründə nümayiş etdirdikləri nizam-intizam, vətənpərvərlik, hərbi anda sədaqət və xidmətə vicdanlı münasibəti Vətənə layiqli xidmət nümunəsi kimi yüksək qiymətləndirilir.
Xidmət dövründə müsbət keyfiyyətlərinə görə fərqlənmiş hərbi qulluqçular təltif edilib, Silahlı Qüvvələrin ehtiyatına buraxılan əsgərlər onlara göstərilən etimada, qazandıqları bilik və bacarığa görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirlərin sonunda sərhədçi əsgərlər təntənəli şəkildə yola salınıblar.
Digər xəbərlər