NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Sentyabrın 1-i Azerbaycan Respublikasının Milli Məclisi ilə yanaşı, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçiriləcək

...

Sentyabrın 1-i Azerbaycan Respublikasının Milli Məclisi ilə yanaşı, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər  45 seçki dairəsi üzrə  331 seçki məntəqəsində keçiriləcək. Muxtar respublika üzrə ümumi seçicilərin sayı 288 356 nəfərdir.  Seçki günü 18 yaşı tamam olan seçicilərin muxtar respublika üzrə sayı 31, seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 3891 nəfərdir. 
Muxtar respublikada yaşı 100-dən artıq olan seçicilərin sayı 5 nəfərdir və ən yaşlı seçici  1920-ci il təvəllüdlü  Hüseynəliyeva Şərəf Muxtar qızının 104 yaşı var. O, 15 saylı Qıvraq seçki dairəsinin 1 saylı Qıvraq məntəqəsində qeydiyyatdadır.  
Ali Məclisə seçkilərdə deputat mandatı uğrunda 187 nəfər  namizəd mübarizə aparacaq. Onlardan 41 nəfəri qadındır. Ali Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 452 nəfər akkreditasiyadan keçib.

Nəşr edilib : 31.08.2024 21:01