NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Sənan Hacıyev: Məişət zorakılığı qlobal və Azərbaycana xas olmayan məsələdir

...

Məişət zorakılığı qlobal və Azərbaycana xas olmayan məsələdir. Tarixən müxtəlif dövrlərdə bu problem həmişə mövcud olub. Müəyyən tarixi dövrlərdə isə bu məsələ qabardılıb və ya ört-basdır edilib.

Bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə vəkillər və hakimlər üçün keçirilən “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimində çıxış edərkən deyib.

O, bununla bağlı qabaqlayıcı tədbirlərin üç istiqamətə ayrıldığını və hər bir istiqamət üzrə kifayət qədər geniş tənzimləyici ifadələrdən istifadə olunduğunu qeyd edib. Bildirib ki, "Məişət zorakılığı haqqında" Qanunun qəbuluna qədər bu məsələ ümumi kontekstdə qiymətləndirilsə də, hazırkı formada selektiv yanaşma tətbiq edilir.

“Bu istiqamətdə qanunvericilik kifayət qədər təkmildir. Hazırda ailə qanunvericiliyinin təkmilləşdirilməsi məsələsi gündəmdədir”, - deyə Sənan Hacıyev qeyd edib.

Nəşr edilib : 10.10.2024 11:34