Naxçıvanda temperatur 8°-dək aşağı düşəcək...
17:44 30.09.2026
0
0
0
Türkiyənin texnoloji inkişafı dost və qardaş ölkələrin mövqelərinin möhkəmlənməsinə də kömək edir.
"Şərq qapısı" xəbər verir ki, bu açıqlamanı “TEXNOFEST” Direktorlar Şurasının sədri və T3 Vəqfi Qəyyumlar Şurasının rəhbəri Selçuk Bayraktar Şanlıurfada GAP Hava Limanında keçirilən “TEXNOFEST - Cənub-Şərq” festivalının rəsmi açılış mərasimində verib.
O, “TEXNOFEST” festivalı kimi təşəbbüslərin millətlərin gələcəyinə əhəmiyyətli töhfə olduğunu qeyd edib.
“Bu gün birincisi 2018-ci ildə təşkil edilən 15-ci “TEXNOFEST” festivalında iştirak etməyimiz sevindirici haldır. Bu festivallarda iştirak edən gənclər öz qabiliyyətlərinə inanaraq ölkənin texnoloji rifahı üçün güclü təməl yaradırlar”, - deyə Bayraktar bildirib. O, “TEXNOFEST” nəslinin Türkiyənin idxaldan asılılığının tamamilə aradan qaldırılmasına nail olacağına əminliyini ifadə edib, həmçinin süni intellekt texnologiyalarının sürətli inkişafına diqqət çəkib.
“Bu gün biz bu inqilabın lap başlanğıcındayıq. Lakin texnologiyanın effektivliyinin fərddən asılı olduğunu aydın şəkildə anlamaq vacibdir”, - deyə T3 Fondu Qəyyumlar Şurasının rəhbəri vurğulayıb.
S. Bayraktar gəncləri son nəticədə yeni ideyaların və ictimai inkişafın hərəkətverici qüvvəsinə çevrilən “xəyallardan əl çəkməməyə” çağırıb.
Digər xəbərlər