NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Səlahiyyətli nümayəndə Sədərək rayonunda vətəndaşları qəbul edəcək

...

Noyabrın 25-i saat 11:00-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Sədərək rayonunda vətəndaşları qəbul edəcək. Qəbul Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək. 
Qeyd edək ki, qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyat üçün Sədərək Rayon İcra Hakimiyyətinə və inzibati ərazi dairələri üzrə nümayəndəliklərə müraciət edə bilərlər.

Nəşr edilib : 22.11.2024 11:36