Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları...
13:57 19.04.2025
0
0
0
Kəngərli Rayon Mədəniyyət Sarayında 44 günlük Vətən müharibəsi zamanı Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan baş leytenant Tural Əsgərlinin əziz xatirəsinə həsr olunmuş “Qəhrəman şəhidim” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Vətənin bütövlüyü və suverenliyi uğrunda gözünü qırpmadan canından, qanından keçən şəhidlərimizin hər birinin xatirəsinin əziz olduğunu bildirib. Tural və onun kimi qəhrəman oğullarımızın şücaəti sayəsində Vətən müharibəsində mənfur düşmənə qalib gələn müzəffər Ordumuzun bizim qürur mənbəyimiz olduğunu və bu uğurda canından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının unudulmayacağını, daim qəlbimizdə yaşayacağını qeyd edib. Çıxışın ardınca icra başçısı şəhidimizin anasına gül dəstəsi bağışlayıb. Daha sonra şəhidimizin anası çıxış edərək öz ürək sözlərini deyib. Tədbirdə, həmçinin “Azərbaycan Şəhid Ailələri” İctimai Birliyinin nümayəndəsi və ölkəmizin digər bölgələrindən olan şəhid anaları, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov çıxış ediblər.
Tədbirin bədii hissəsində şəhid Tural Əsgərliyə həsr olunmuş videoçarx və vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş olunub
Sonda xatirə fotosu çəkdirilib.
Digər xəbərlər