NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

Şəhid Ramil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

...

Naxçıvan Dövlət Texniki Kollecində 44 günlük Vətən müharibəsi zamanı Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ramil Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi  uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov bildirib ki, hər zaman xalq olaraq düşmən işğalında olan torpaqlarımızın geri qaytarılacağına sonsuz inam bəsləmişik və bu xalqın Ramil kimi vətənpərvər igid oğulları sayəsində 44 günlük əzmin ardından qayəmizə qovuşmuşuq. Təkcə Ramil deyil, Vətənin bütövlüyü uğrunda canından keçmiş bütün qəhrəman şəhidlərimizin xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün əzizdir.  
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək tarixi ədalətin bərpa olunmasında Naxçıvanın igid oğullarının da qəhrəmanlığının dillərə dastan olduğundan danışıb.
Sonra şəhidin ailə üzvləri və yaxınları şəhid haqqında xatirələrini bölüşüblər. Tədbirin bədii hissəsində isə kollec tələbələrinin şəhid Ramil Əliyev üçün hazırladığı videoçarx təqdim edilib, vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş olunub. 

Cavanşir Bağırlı

Nəşr edilib : 19.03.2025 17:25