Экспорт автономной республики вырос на 38,5 процен...
13:02 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Vətən savaşı başlayanda o, hələ 7-ci sinifdə oxuyan kiçik bir qız idi. Atasını Qarabağa yola salanda ona söz vermişdi dərslərini yaxşı oxuyub, əla qiymətlərini o qayıdanda ona göstərəcəyinə. Hədiyyə sözü də almışdı hələ. Neçə-neçə sevgiləri, arzuları yarımçıq qoyan müharibə Gülayın da arzusunu gözündə qoydu. Atası Ruzi İbrahimov Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb qələbə bayrağına sarılıb evlərinə qayıtdı. Həmin gün bir neçə yaş birdən böyüyən balaca qız bayrağa sarılan tabutda hərbçi yoldaşlarının çiynində əbədiyyətə yola salınan atasının ardınca sakitcə pıçıldadı: "Ata sənin arzularını yerinə yetirəcək, ali təhsil alacağam". 2020-ci ildən keçən 5 ildə yaxşı oxuyub məktəbi bitirdi. Və o bu gün atasının arzusunu yerinə yetirdiyi üçün çox sevinclidir. Axı atası o daha da yaxşı oxusun, ali təhsil alsın deyə əlindən gələni etmişdi. Və artıq o, tələbə adını qazanmış bir övlad kimi şad xəbəri elə ürəyində sakitcə atasına verdi. Çünki o yaxşı bilirdi ki, atası onları tərk etməyib, o övladlarının ürəyində yaşayır.
Vətən müharibəsində qazandığımız qələbədən sonra canını Vətənə qurban verib övladlarını Vətənə əmanət edən igidlərimizin oğul, qızları hər birimizin sevgisi ilə böyüyüb başa çatdı. Şərur elinin Yengicə kəndindən olan Ruzi İbrahimovun ilk göz ağrısı Gülay və iki qardaşı da qəhrəman ataların bütövlüyə qovuşdurduğu suveren Azərbaycanın xoşbəxt uşaqları olaraq arzularına çatmaq üçün çalışdı. Gülay Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olaraq ali təhsil pilləsinə ilk qədəmini qoydu. Qələmlərin düşərli olsun, şəhid əmanəti!
Digər xəbərlər