“Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı”...
23:33 12.03.2025
0
0
0
Naxçıvan Dövlət Texniki Kollecində antiterror əməliyyatında şəhidlik zirvəsinə ucalan Elcan Balabəylinin əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xumar Məmmədova bildirib ki, Vətənin bütövlüyü uğrunda canını qurban vermiş qəhrəman oğullarımızın xatirəsi hər kəs üçün əzizdir. Şanlı Vətən müharibəsindən əvvəl olduğu kimi, müharibədə qazandığımız parlaq qələbədən sonra da heç bir zaman qələbə üçün canını fəda etmiş şəhidlərimizi unutmadıq, unutdurmadıq və bu, əbədiyyən belə də olacaq. Bu gün artıq şəhid kapitan Elcan Balabəylinin ruhu şaddır. Bu Vətən var olduqca, o və onun kimi şəhidlərimiz də qəlbimizdə yaşayacaqlar.
Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış ediblər.
Qeyd olunub ki, ölkə başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Dövlət-xalq-ordu birləşərək 30 il işğal altında olan torpaqları düşmən tapdağından azad etdi. Tarixi ədalətin bərpa olunmasında Naxçıvanın igid oğullarının da qəhrəmanlığı dillərə dastan oldu.
Sonra şəhid kapitan Elcan Balabəylinin ailə üzvləri və yaxınları şəhid haqqında xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində şəhid kapitan Elcan Balabəyliyə həsr olunmuş “Ölümsüzlər” filmi izlənildikdən sonra vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş olunub.
Qeyd edək ki, tədbirdən sonra şəhidimizin məzarı ziyarət edilərək adına ehsan süfrəsi açılıb.
Bülbül QULİYEVA
Digər xəbərlər